Brilliant Dadaşova: Aparıcıların efir mədəniyyəti yoxdur

OXUNUB: 685 ŞOU-BİZNES

Xalq artisti Brilliant Dadaşova efirlərə az-az çıxmasının səbəbini açıqlayıb..

 Müğənni sosial media hesabında bildirib ki, qeyri-peşəkar aparıcılar efirdə günü-gündən artır:

"Sonra deməyin ki, televiziya proqramlarında tez-tez görünmürəm. Seda Sayan verilişinə gələn qonağa necə diqqət göstərir. Bizim bir çox televiziya proqramlarımızda aparıcıların efir mədəniyyətindən xəbəri yoxdur.

Müğənni musiqi ifa edərkən aparıcının dəfələrlə başqa işlə məşğul olduğunu görürük. Çünki efirdən bixəbər, şəristəsiz proqram "aparıcılarımız” get-gedə çoxalır”.

İcmal.Az

RƏYLƏR