Brilliant Dadaşovanın oğlundan ŞOK SÖZLƏR: "Vacibdir ki, bilsinlər, sən mənim anamsan?!" (VİDEO)

OXUNUB: 1018 ŞOU-BİZNES

Xalq artisti Brilliant Dadaşova oğlu Cahad Hacıyevlə bağlı maraqlı açıqlama verib.

 

Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Hər şey daxil" verilişində qonaq olan müğənni bildirib ki, oğlunun təhsil aldığı ali məktəbdə konsert verib. Bu, Cahadın xoşuna gəlməyib:

 

"Cahad universitetdə oxuyurdu, gedib onun təhsil aldığı ali məktəbdə konsert verdim. Ona deməmişdim. Həmin gün zəng edib dedim. Konsertin sonunda gəlib əlimdən tutub dedi ki, "Gəlib, burada da aləmi qatdın bir-birinə?! Vacibdir ki, bilsinlər, sən mənim anamsan?!".

 

Müğənni əlavə edib ki, indi oğlu onunla fəxr etdiyini deyir. /Redaktor.az

 

İcmal.Az

 

RƏYLƏR