“Brilyant oğlan” son saniyələrdə qızıl medalı əldən verdi – FOTO + VİDEO

OXUNUB: 181 İDMAN

Karate üzrə milli komandamızın lideri Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə keçirilmiş Premyer liqa turnirində II yeri tutub. 

Dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nishimura ilə həlledici görüşün son saniyələrində qələbəni əldən verib – 1:2.

"Brilyant oğlan” bu turnirdə sol ayağında zədəsi ola-ola yarışıb.

 

Yeni qaydalara əsasən, medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar.

Qeyd edək ki, "kiçik dünya çempionatı” adlandırılan Paris Premyer Liqasında 81 ökədən 756 idmançı mübaizə aparıb. Üç gün ərzində keçirilmiş yarışda  Azərbaycandan 15 karateçi mübarizə aparsa da, heç biri qızıl medal qazana bilməyib.

Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə yeddi yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turnir 16-18 fevral tarixlərində, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. Sabah Bakıya dönəcək Azərbaycan karateçiləri yarşa hazırlıqlarını davam etdirəcəklər./oxu

İcmal.Az

RƏYLƏR