Bruno Fernandeş Uruqvaya qarşı vurulan qol barədə açıqlama verib

OXUNUB: 3041 Özəl İDMAN
7NEWS.az xəbər verir ki, Bruno Fernandeş açıqlamasında "Ronaldo topa toxundu, yoxsa toxunmadı, bilmirəm. Qolu kimin vurduğu o qədər də önəmli deyil. Əsas olan komandamız və oyunu udmağımızdır. Məqsədim Ronaldoya ötürmə etmək idi. Mənə elə gəldi ki, topa toxundu və həmin an qol Kriştianonun imiş kimi sevindim. Qol kimin olursa olsun, fərq etmir"- dedi. Qeyd edək ki, Bruno da daxil olmaqla, bütün komanda 37 yaşlı hücumçunun qolunu qeyd etsə də, 6 dəqiqə sonra qol Bruno Fernandeşin adına yazılıb. Bu qərardan sonra bəzi futbolsevərlər qolu Ronaldonun vurduğunu, digərləri isə müəllifin Fernandeş olduğunu deyib və müzakirələrə yol açılıb.

7NEWS.az

RƏYLƏR