Brüsseldə yüzlərlə azərbaycanlı İlham Əliyevə dəstək aksiyası keçirdi - "SARKİSYAN TERRORÇUDUR" - VİDEO

OXUNUB: 1113 GÜNDƏM SİYASƏT
Bu gün Brüsseldə V "Şərq Tərəfdaşlığı" Sammiti öz işinə başlayıb. Aİ-nin üzv dövlətləri və altı Şərq tərəfdaş ölkənin dövlət və ya hökumət başçılarının iştirak etdiyi görüşdə əsasən dövlətlərarası əməkdaşlıq müzakirə edilib. Onlar həmçinin, Şərq tərəfdaş ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, ötən il Riqada keçirilən sammitdən sonrakı nailiyyətləri qiymətləndiriblər.

Sammitin keçirildiyi məkanda erməni diasporasına işləyən 4 azərbaycanlı hay-küy salmaq istəsənlər də qarşılarında Prezident İlham Əliyevi dəstəkləməyə gələn yüzlərlə azərbaycanlını görüblər. Bu barədə saytımıza hal-hazırda Gəncəl və İdman Nazirliyinin dəstəyi ilə Brüsseldə işgüzar səfərdə olan ASGA sədri Səbuhi Abbasov deyib: "Sammitdə "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrdən Azərbaycanı Prezident İlham Əliyev, Ermənistanı Sarkisyan, Ukraynanı Pyotr Poroşenko, Gürcüstanı baş nazir Georgi Kvirikaşvili, Moldovanı baş nazir Pavel Flippinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Məlumat üçün qeyd edək ki, Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Aİ 2020-ci ilə kimi əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlər isə məhz Brüsseldə keçirilən sammitdə müəyyənləşdiriləcək. Belə bir həssas məqamda Emin Hüseynov, Orduxan kimi erməni diasporasına işləyən sapı özümüzdən olan 4 nəfər hay-küy salmağa cəhd ediblər. Qarşılarında gördükləri mənzərələr isə onlarə şpka salıb. Yüzlərlə azərbaycanlı ilə Brüsselin tam mərkəzində saatlarla davam edən icazəli aksiya keçirdik. Sözün əsl mənasında qürurverici məqam idi. Demək olar ki, Avropanın dörd bir yanından həmyerlilərimiz İlham Əliyevi dəstəkləmək üçün Brüsselə gəlmişdilər. Əslində Emin Hüseynov, Orduxanların və Müntəzirlərin belə bir təxribata cəhd edəcəklərini öncədən təxmin etmişdik. Bu mənada vətəndaş cəmiyyəti olaraq Prezidenti hər səfərində dəstəkləməliyik."

Məlumat üçün qeyd edək ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə V "Şərq Tərəfdaşlığı" Sammitində iştirak etmək üçün Brüsseldə 4 günlük rəsmi səfərdədir./İnterpress.az

Brüsseldə yüzlərlə azərbaycanlı İlham Əliyevə dəstək aksiyası keçirdi -

Brüsseldə yüzlərlə azərbaycanlı İlham Əliyevə dəstək aksiyası keçirdi -


İcmal.Az

RƏYLƏR