Bu azərbaycanlı qız bir dəqiqəyə 120 min söz oxuyur - FOTO+VİDEO

OXUNUB: 765 ŞOU-BİZNES
O, sürətli oxu ilə istənilən kitabı tez bir zamanda fəth etmək qabiliyyətinə sahibdir.

İcmal.Az  ARB TV-yə istinadən xəbər verir ki, onun bir dəqiqəyə oxuduğu sözlərin sayını eşidəndə təəccüblənməmək əldə deyil.

Fatimə dəqiqəyə bu qədər söz oxumaqla yanaşı oxuduqlarının böyük hissəsini yadda saxlayıb danışa da bilir. Bu bacarığa sahib olmaq üçün həvəs elə-belədən yaranmayıb. Fatimə Zülfüqarzadənin anası bildirir ki, çalışmaqla yanaşı bu işdə ən önəmli məsələ inanmaqdır:

Sürətli oxuma kursunun müddəti 3 ay olsa da Fatimə 1 ildir bu işlə məşğul olmaqdadır. Məqsədləri isə böyükdür.

Fatimə bildirir ki, oxunan sözlərin daha çox olması üçün xırda detallara belə fikir verilməlidir. İşıq bucağı və oturuş qaydası bu işdə vacib amillərdəndir. İndi dəqiqəyə 120 minə qədər söz oxuya bilən məktəbli bu nəticənin artıb-azalmasının həm də oxuduğu kitablardan asılı olduğunu bildirir:

"Əlbəttə ki, sürətli oxuması onun danışığına da təsirsiz ötüşməyib.İndi o, oxuduğu kimi danışmağa vərdiş edir.

Müəlliməsi deyir ki, tələbəsinin istedadı imkan verir ki, onunla yeniliklər etsin. Buna görə də o, Fatiməyə digər bacarıqları da aşılamaq fikrindədir:

Süjetin formatına uyğun olmasa da Fatimənin xahişini nəzərə alaraq, çəkiliş apardığımız gün onun anası Gülnaz xanımın doğum gününə düşdüyünü qeyd edir və təbrikini də işıqlandırırıq.

Sadə bir azərbaycanlı ailəsində çox istedadlı qız yetişməkdədir. İstedadı qədər özünəinamı da var. Buna görə də ondan yeni rekord və uğurlar gözləməyə dəyər. 

 
İcmal.Az

RƏYLƏR