Bu da bu cür həyatdır...yaxud Elçinə demək istədiklərim

OXUNUB: 1563 MƏDƏNİYYƏT

Elçinin başlıq seçdiyim eyniadlı hekayəsini oxuduqdan sonra düşüncələrimi yazmaq qərarına gəldim. Elçinin yaradıcılığı haqqında fikir söyləmək niyyətindən uzağam. Əlbəttə ki, mən də Elçini oxumuşam, öyrənmək istəmişəm. Onun yaradıcılığı neçə-neçə tədqiqatçını elmlər namizədi, doktor edib. Bu Elçin yaradıcılığının insanlara bəxş etdiyi yaxşılıqlardır , məhz onun sayəsində alim adı qazanmaq yaxşılıq deyilsə, bəs nədir ? Bax elə bu məqamda demək istədiyim bir neçə söz məhz onun İnsanlığı barədədir.

Alim, yazıçı, dramaturq, son vəzifə adı isə Baş nazirin müavini olan Elçin Əfəndiyevin daha çox sevdiyi " vəzifə ” yazıcılıq idi. O bunu heç gizlətmirdi də, əksinə bu ada sahibləndiyindən necə qürur duyduğunu dəfələrlə görmüşəm, müşahidə etmişəm. Əslində o bu məsələdə birmənalı haqlı idi: çünki o, sövqtəbii bilirdi ki, insan tərəfindən verilən hər şey , xüsusən vəzifə nə vaxtsa geri alınır. Əldən alına bilinməyəcək təkcə şey Allahın verdiyi əbədi yaşayacaq addır ki, o da Elçin Əfəndiyevin Elçinliyi idi.

Bəli, birgə çalışdığımız 25 il müddətində onda müşahidə etdiyim xüsusiyyət ( əslində bu söz də demək istədiyimi ifadə etmir) bundan ibarət idi ki, o məhz sözlə əldə edib təkcə özünün sahibi olduğu, yiyələndikləri ilə rahatlıq tapır. O təkcə ona məxəsus böyüklüyü ilə seçilirdi. Sambalını, kübarlığını qorumaq, ağanın sözçüzü deyil, sözün ağası olmaq kimi hökümlü və haqlı iddiası onu aparatdakı çinli məmurlardan seçirdi, ayırırdı. Tabeçiliyində çalışan hər bir əməkdaşın yaşam vəziyyəti ilə ağa sözçülərinin ( xəbərçilərinin) xəbərləri ilə məlumatlı olan Elçin ara-sıra keçirilən kollektiv görüşlərdə onların təmənnasız fəaliyyətini qabardar və dəyərləndirərdi. O böyük dövləti vəzifə daşıyan səlahiyyət sahibi idi, amma klassik anlamda məmur deyidi... Xeyli aralıdan gələn əməkdaşını görüncə kabinetinin qapısındaca dayanar, onunla görüşər, mütləq olaraq xoş sözləri ilə ruhlandırar, sonra iş otağına keçərdi. Elçin hər zaman belə idi.

... Onunla bağlı düşüncələrim hər an mənə " diktə” edir ki, Elçin başqa cür ola da bilməzdi.

... Yaddaşımda daima ibrətamiz nümunə olaraq qalmış və ömrüm boyu unutmayacağım bir Elçin var. İlyas Əfəndiyevin bu dünyayla vidalaşdığı gün o mənə, iş telefonuma zəng etdi və kədərin əldən saldığı səslə " İlyas Əfəndiyev vəfat etdi”, -dedi. İlk olaraq mənə bu xəbəri verməsi, yəqin ki , işə hamıdan tez gəlməyimlə bağlı olmuşdu. Təbii olaraq, mən də bu barədə lazımı adamları məlumatlandırdıqdan sonra məlum ünvana yollandım ... Mənzildə iki oğul var idi: Timuçin və atasını vaxtsız itirmiş ( ümumiyyətlə vaxtlı itki olmur) atasızlıq faciəsini bütün acısı ilə yaşayan, cənazənin yanında göz yaşları axıdan İlyas Əfəndiyevin atası, anası, qızı , qardaşı Elçin İlyas oğlu ! Bəli, o burada məmur yox, həyatın mahiyyətini bütünlüyü ilə sonuna qədər bilən İnsan idi...

 

Mübariz İrəvanlı


RƏYLƏR