Bu dəfə xanımı Sərdarın dediyini edəcək

OXUNUB: 669 ŞOU-BİZNES
Müğənni Sərdar Ortaç özündən 22 yaş kiçik xanımı, irlandiyalı model Xloe Lougnanla restoranlardan birindən çıxarkən görüntülənib.

 47 yaşlı ifaçı xanımını yola gətirdiyini və gələn il ata olacağını bildirib.

Xatırladaq ki, 2014-cü ildə ailə quran sənətçi 3 ildir uşaq sahibi olmaq istəsə də, amma Xloe karyerasını davam etdirdiyi üçün bu fikri qəbul etməmişdi. 

Qeyd edək ki, Sərdar 2014-cü ildən dağınıq skleroz (sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur) xəstəliyindən əziyyət çəkir. Son zamanlar xəstəliyinin daha çox dərinləşdiyini vurğulayan sənətçi tez-tez xəstəxanadan paylaşdığı fotolarla sevənlərini qorxudur./axşam



İcmal.Az

RƏYLƏR