“Bu erməni yaramazlar deyəsən bütün ömürlərini mina basdırmağa həsr ediblər” – DEPUTAT

OXUNUB: 523 GÜNDƏM Özəl HADİSƏ
"Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir. Yeni və növbəti partlayışlar nəticəsində yaralananların, itkilərin sayı artır. Bu erməni yaramazlar deyəsən bütün ömürlərini, həyatlarını, fəaliyyətlərini mina basdırmağa həsr ediblər.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"İndi də Daxili Qoşunlarımızın hərbi qulluqçusu piyada əleyhinə minaya tuş gələrək ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Və az qala hər həftə oxşar hadisələr yaşanır. Amma Ermənistana dur deyən yoxdur, bu terrorçuları beynəlxalq səviyyədə qınağa çəkən yoxdur. Halbuki ortada nə qədər insan itkisi var, günahsız insanların ölümü var. Haradadır beynəlxalq təşkilatlar? Haraya baxır onlar? Niyə səsləri çıxmır? Niyə ermənini ittiham eləmirlər? Bilirsinizmi niyə? Çünki dünya üçün ədalət anlayışı ikibaşlıdır. Çünki dünyada artıq ikili də yox, üçlü, dördlü standartlar mövcuddur. Çünki erməniyə 30 illik işğal dövründə də həmin beynəlxalq təşkilatlar tərəfindən ciddi təpki olmayıb və ona görə onlar günü-gündən vəhşiləşib və insanlıq əleyhinə cinayətlərinin sayını artırıb.” - deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR