Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

OXUNUB: 657 SİYASƏT

Bu gün Vyanada Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək.

İcmal.Az-ın məlumatına görə, E.Məmmədyarovun səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də danışıqlar aparacağı gözlənilir.

Azərbaycan XİN rəhbəri dekabrın 7-8-də keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. 

İcmal.Az

RƏYLƏR