Bu gün Brüsseldə NATO-nun sammiti başlayır

OXUNUB: 696 DÜNYA

Bu gün Brüsseldə NATO-nun sammiti başlayır.

Zirvə görüşünə Alyansa üzv olan 28 ölkənin dövlət və hökumət başçıları qatılacaq. 

Toplantı təşkilatın yeni mənzil-qərargahında keçiriləcək.

Sammit NATO-nun yeni mənzil-qərargahının açılış mərasimi ilə başlayacaq və axşam işgüzar şam yeməyi ilə başa çatacaq.

NATO sammitinin gündəmində olan əsas məsələlər beynəlxalq terrorizmə qarşı mübarizə, ittifaq üzrə müttəfiqlər arasında maliyyə yükünün ədalətli bölgüsü və müdafiə xərclərinin artırılmasıdır.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, sammitdə Alyansın İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə beynəlxalq koalisiyaya qatılıb-qatılmaması, Rusiya ilə münasibətlər müzakirə olunacaq./report

İcmal.Az

RƏYLƏR