Bu gün dr. Səbinə Mirzəyevanın anım günüdür (FOTOLAR)

OXUNUB: 733 SOSİAL
Bu gün hamının sevimlisi, tanınmış ginekoloq dr. Səbinə Mirzəyevanın anm günüdür.

Qaynarinfo-nun verdiyi xəbərə görə, dr. Səbinə Mirzəyeva 3 aprel 2018-ci ildə vaxtsız vəfat edib.

Cərrah mama-ginekoloq Səbinə Mirzəyeva 1978-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.

2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib. 2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğuş üzrə təhsil proqramına yiyələnməklə riskli cərrahi əməliyyatlar və doğuşlar zamanı uğurlu nəticələr göstərib. Obstetetrik ve Ginekologiyaya aid çoxsaylı konfrans və konqreslərin iştirakçısı olub. 17 il iş təcrübəsi nəticəsində mama-ginekologiya sahəsində çoxsaylı cərrahi əməliyyatlar və doğumlar icra edib.

Son olaraq "Baku Medical Plaza”da cərrah mama-ginekoloq vəzifəsində çalışıb. 

Ölümündən qısa müddət əvvəl "Dr.Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" kitabı işıq üzü görüb. 

Ailəli idi, Süleyman və Tamerlan adlı iki oğlu yadigar qalıb.
 
İcmal.Az
 

 

RƏYLƏR