Bu gün nişanı idi, dünən axşam faciəvi şəkildə öldü - VİDEO

OXUNUB: 880 DÜNYA
Antalyada bu gün baş tutacaq nişanına hazırlaşan 22 yaşlı tələbə Tolqa Sarıkafa dünən axşam dostları ilə birlikdə spirtli içki və uyuşdurucu maddə istifadə etdikdən sonra qəfil halı pisləşərək dünyasını dəyişib. 

Polis, olayla əlaqədar Sarıkafanın 6 dostunu nəzarətə alıb. Şübhəlilər ifadələrinin alınması üçün polis bölməsinə aparılıblar.

Olay 4 mərtəbəli binanın zirzəmisində saat 22:30 radələrində baş verib. Kocaeli Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi Tolqa Sarıkafa sevgilisi Burcu S. ilə bu gün planlaşdırılan nişanları üçün dünən gün ərzində alış-veriş edib, üzük alıb. /milli

İcmal.Az

 

RƏYLƏR