Bu gün "Qarabağ" İtaliyada "Roma" ilə qarşılaşacaq

OXUNUB: 1015 İDMAN

Bu gün "Qarabağ” komandası 2017/18 mövsümündə Çempionlar Liqasında son oyununu keçirəcək.

 Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin VI turu çərçivəsində "Roma”nın qonağı olacaq.

Cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşən "Qarabağ” burada keçirdiyi 5 oyundan 3-də uduzub. Ağdamlılar İngiltərə çempionu "Çelsi”yə həm evdə, həm də səfərdə (0:6, 0:4), "Roma”ya isə Bakıda məğlub olub (1:2). Azərbaycan Premyer Liqasının qalibi yalnız İspaniya "Atletiko”suna hər iki görüşdə gücünü göstərə bilib. Buna rəğmən, artıq "Qarabağ”ın qrup sonuncusu olması dəqiqləşib.

Romada baş tutacaq görüş Ağdam klubu üçün formal xarakter daşısa da, imic baxımından önməlidir. "Köhlən atlar” ilk dəfə mübarizə apardıqları turnirdən müsbət təəssüratlarla ayrılmaq istəyirlər. Meydan sahiblərinin durumu isə fərqlidir. "Canavarlar” qalib gəlməklə, 1/8 finala vəsiqəni təmin edəcəklər. "Roma” uduzsa və ya heç-heçə etsə belə, pley-offa yüksələ bilər. Bunun üçün "Atletiko”nun Londonda "Çelsi”yə qalib gəlməməsi şərtdir.

Çempionlar Liqası

VI tur, C qrupu

5 dekabr


23:45. "Roma” (İtaliya) – "Qarabağ” (Azərbaycan)

Baş hakim: Tobias Ştiler

Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Zaydel

Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers

Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)

Roma. Olimpiya stadionu

Xal durumu: "Çelsi” – 10, "Roma” – 8, "Atletiko” – 6, "Qarabağ” – 0. /report

 

İcmal.Az

RƏYLƏR