Bu gün Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Bakıya gələcək

OXUNUB: 931 İQTİSADİYYAT

Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Aleksandr Novak və Xalid əl-Falih bu gün Azərbaycana gələcək.

Bu barədə İnterfaks agentliyi məlumat yayıb.

A. Novak və F. əl-Falih bu həftə vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin xatirəsini yad etmək üçün Bakıya gəlir. Onlar sabiq nazirin məzarını ziyarət edəcəklər.

Qeyd edək ki, N. Əliyev dünən İkinci Fəxri Xiyabanda dəfn edilib./apa

 

İcmal.Az

RƏYLƏR