Bu gün Soçidə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

OXUNUB: 723 SİYASƏT

Bu gün Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

İclasın əsas hadisəsi quruma sədrliyin Rusiyadan Azərbaycana keçməsi olacaq. 2018-ci ildə MDB-yə Azərbaycan sədrlik edəcək.

Şuranın iclasında MDB üzvlərinin ümumi maraqlarına cavab verən prinsipial məsələlər müzakirə olunacaq.

Azərbaycan, Ermənistan, Belarus, Moldova, Qazaxıstan, Türkmənistan və Özbəkistan prezidentlərinin, həmçinin Qırğızıstan baş nazirinin iclasda iştirakı gözlənilir./report

 

 

İcmal.Az

RƏYLƏR