Bu günə olan valyuta məzənnələri — RƏSMİ

OXUNUB: 885 İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın iyunun 1-ə olan məzənnəsini açıqlayıb.


AMB-dən İcmal.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 31-i ilə müqayisədə dəyişməyərək 1,7020 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,9016 manatdan 1,9141 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0300 manatdan 0,0301 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4798 manatdan 0,4826 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1805 manatdan 2,1903 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,7040 manat olub.
 
İcmal.Az

RƏYLƏR