Bu hallarda yoxlama aparıla biləcək

OXUNUB: 937 İQTİSADİYYAT

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.

İcmal.Az "Marja”ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, qanunun tətbiq dairəsi cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. 

Yəni, yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gələrək cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində yoxlamalar apara bilər. 

İcmal.Az

RƏYLƏR