Bu il 26 yaşayış məntəqəsinə qaz verilib

OXUNUB: 964 SOSİAL
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi tərəfindən 26 yaşayış məntəqəsi qazlaşdırılıb.

İcmal.Az xəbər verir ki, Azərbaycanda regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrası məqsədi ilə "Azəriqaz” İB tərəfindən işlər həyata keçirilir. "Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən cari ilin yanvar-aprel ayları ərzində 946,4 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 60,3 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Şəki, Oğuz, Ucar, Quba, Qusar, İmişli, Saatlı, Sabirabad və Masallı rayonları üzrə 26 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib”, - deyə məlumatda qeyd edilib.
 
İcmal.Az

RƏYLƏR