“Bu islahatlar YENİ yolun başlanğıcıdır” – DEPUTATLIĞA NAMİZƏDİN NÖVBƏTİ MƏHƏLLƏ GÖRÜŞÜ BAŞ TUTUB (VİDEO)

OXUNUB: 1878 index-manşet SİYASƏT
47 Saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd Səbuhi Abbasov növbəti məhəllə görüşünü keçirib. Bu barədə S.Abbasov öz profilində şərh paylaşıb: "Bu gün I qrup gözdən əlil Sahib kişinin dəvəti ilə Şəhid ailələri, əlillər və qazilər üçün AzDress qəsəbəsində inşa edilən yaşayış binasına getdim. Qürür duymamaq mümkün deyildi. Ölkə başçısının təşəbbüsü ilə belə binalar Respublikamızın demək olar bütün bölgələrində tikilibdir. Ancaq bu insanların da problemləri, qayğıları, arzuları, istəkləri var. Onlar sadəcə diqqət, hörmət, yeni, daha fərqli münasibət istəyirlər. Hamı bir ağızdan YENİLƏNMƏK istəyir bu şəhərdə. Mütləq yenilənəcəyik, mütləq tör-töküntüləri, şarlatanları, 1 qəpiklik insanları aramızdan təmizləyəcəyik. Bunu mən yox, BİZ BİRLİKDƏ edəcəyik”

RƏYLƏR