"Bu klinika qəssabxanadır, 'çağrı mərkəzi' də məzuniyyətdədir" - TƏFƏRRÜAT

OXUNUB: 296 HADİSƏ

7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Məhəmmədəli Qəribli məlumat verib:  "Bir neçə gündür ki, bu qəssabxananın  çağrı mərkəzi işləmir. Heç bir telefona cavab vermirlər. 

Səbəbini bununla izah edirlər: " Çağrı Mərkəzimizdə işləyən xanım məzuniyyətə çıxıb”. Siz bu klinikanın sosial məsuliyyət dərkinə bir baxın. 

Pul gələn yeri bir saat da  olsun boş qoymazlar. Klinikada pul toplayan kimsə, ölsə belə, meyiti basdırılmamış tapıb yerinə birini qoyarlar ki, amandı birdən kəsirləri gələr. 

Görün, vətəndaşlara xidmət göstərən sahəyə isə necə  barmaqarası yanaşırlar.  Lap Təhsil Nazirliyinin Mətbuat Xidməti Cəsarət Valehovun medianın başına gətirdiyi hadisəyə oxşadı. 

Adam gedib ABŞ-da hansısa kursda 9 aylıq təhsil aldı, həmin müddətdə hansı jurnalist Nazirliyə zəng vurub münasibət öyrənmək istədisə: " Cəsarət müəllim ABŞ-dadı”- cavabını aldılar.
7NEWS.az

RƏYLƏR