Bu küçədə dayanan maşında radar var, sürət həddini aşmayın - VİDEO

OXUNUB: 496 HADİSƏ
Paytaxtın Neftçilər prospektində sürət həddini aşan sürücülərə qarşı radar quraşdırılıb.
 
Qayda pozan sürücüləri ypx avtomobilinin üzərindəki e-patrul sistemi aşkar edir. Həmin prospektdə radara düşən bir neçə sürücü elektron kabinetə yerləşdirilmiş videogörüntünü sosial şəbəkədə yayıb.
Qeyd edək ki, sözügedən prospektdə hərəkət sürəti 60 km/saat müəyyən edilsə də, sürücülər buna məhəl qoymur. Prospekt boyunca isə stasionar radarların olmaması sürücülərdə daha da arxayanlıq yaradır. Hərəkət sürətini aşan sürücülərin məsuliyyətdən kənarda qalmaması üçün yol polisi əməkdaşları prospekt boyunca müxtəlif yerlərdə radar quraşdırırlar. Ona görə də sürücülərə tövsiyə edirik ki, hərəkət sürətini aşmasınlar. 


 


RƏYLƏR