“Bu ölkə bir neçə saata məhv edilə bilər” - Prezidentin keçmiş köməkçisi AÇIQLADI

OXUNUB: 629 DÜNYA

"Ümid edirəm ki, yaxın vaxtlarda Şimali Koreya tərəfindən Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla Amerika prezidenti Donald Tramp arasında əldə olunan razılaşmanən icrası ilə bağlı konkret addımları görəcəyik. Amma şəxsən mən konkret addımların olacağına əmin deyiləm”.

Bunu "Qazeta.ru”ya müsahibəsində Brukinqs İnstitutunun aparıcı elmi işçisi, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun xüsusi köməkçisi Stiven Payfer deyib.

"Mənim əsas narahatlığım Pxenyanın ölkənin denuklearizasiyası üzrə konkret addımlara təşəbbüs edib-etməyəcəyi ilə bağlıdır. Amma hesab edirəm ki, hər halda Sinqapurda keçirilən görüşün bir çox müsbət tərəfi var. Ən azından qısamüddətli perspektivdə münaqişənin baş vermə riskinin azaldığını qeyd etmək olar. Əgər Şimali Koreya göstərilmiş istiqamətdə addımlar atmasa, Tramp belə nəticəyə gələcək ki, Koreya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Trampın buna necə reaksiya verəcəyi isə sual altınadır”, - prezidentin keçmiş köməkçisi söyləyib.

Onun sözlərinə görə, Şimali Koreyanı başa salmaq lazımdır ki, nüvə döyüş sursatının Cənubi Koreya və Yaponiya ərazisində partlayışı halında ABŞ Kim Çen In rejimini bir neçə saat ərzində məhv edəcək./publika

İcmal.Az

RƏYLƏR