"Bu məmləkətin suyu və çörəyi burnunuzdan gəlsin" – Deputatdan Orduxana sillə kimi sözlər

OXUNUB: 1565 KÖŞƏ Seçilmiş Önəmli

Adətən qonşular haqda ifadə forması, söhbət məzmunu necə olur?

Təxminən bu cür: "Qonşunun qızının toyudur”, "qonşunun nəvəsi olub”, "qonşunun uşağı instituta girib”, "qonşu təzə işə düzəlib”, "qonşu xəstələnib” və s. Amma bir də...hörmətli Əli Həsənovun ideya müəllifliyi ilə ərsəyə gəlmiş "Xocalı şahidləri danışır” – kitabının təqdimatında həmin şahidlərdən birinin öz qonşuları barədə söylədiyi fikirlərə diqqət çəkin:"Qonşum Gülgəzin ərinin ürəyini hamımızın gözü qarşısında çıxardılar. Əvvəl əllərini bağladılar, sonra ucu şiş küt alətlə köynəyinin üstündən 4 kəsik apardılar, daha sonra isə qabırğanı balta ilə qıraraq ürəyi qanlı əllərinə götürdülər. O biri qonşum Nazlının 7 yaşlı qızını da işgəncə ilə öldürdülər. Gözünü deşərək bəbəyini çıxartdılar, erməni şərəfsizlər. Anasının qarşısında. Elə yan küçədəki qonşum Səfurə də eyni aqibəti yaşadı – 4 qardaşının bütün daxili orqanlarını bacısının gözü önündə bədəndən xaric etdilər...”

***

Keçən il Milli Məclisdə Xocalı müzakirələri gedərkən həmkarlarımdan biri təəssüf hissi ilə qeyd etdi ki, Xocalı soyqırımı faktını hüquq prizmasından irəlilətməyin mümkün resurslarla perspektivi yoxdur. 

Yəni, arzulayırıq, biz də istəyirik, amma hüquqi imkanlar məhduddur. Bu dəm Bahar Muradova dözmədi, həyəcanlı bir formada deyilən fikirə yerindən reaksiya verdi: "Bu mümkünat varsa da yoxsa da qisas alınacaq. Əlimizdən gələni edib yollar arayacayıq, qeyri-mümkünü mümkün edəcəyik. Amma edəcəyik. Mütləq edəcəyik. Yetər ki, buna inanaq”

Mən hüquqşünasam və bir Allah şahid ki, hər yerdə, hər zaman hüquqşünas həmkarlarımın müdafiəsinə qalxmışam. Çün, bizim düşüncə mexanizmimiz özündə hər zaman fakt və detalı ehtiva edib. Amma ha elədim, bu dəfə hüquqçu dostumun yanında ola bilmədim, onu dəstəkləyəmmədim. 

Bahar xanım öz fikrini o qədər yanğı, ağrı və iztirabla ifadə etmişdi ki, onu anlamaqdan və dəstəkləməkdən savayı çarə qalmamışdı. Bəli, inanmalıyıq. İnanıb irəliləməliyik. İnanıb döyüşməliyik! 

Bu arada zəruri bir xatırlatmaya ehtiyac var: Hüquqla bağlı arqumentlər əsla və əsla pafos deyil. Kimin Xocalı soyqırımının sübutu və ümumən bu prosesin mexanizmi ilə bağlı sorğusu-sualı varsa lütfən Milli Məclis Aparatının şöbə müdiri, dərslikləri dünyanın ən böyük Universitetlərində oxunan fenomenal bir hüquqşünas, Azərbaycanın fəxri – Nizami Səfərovun fikirlərini dinləsin. Bu nəhəng insan mənim düşüncəmə görə Xocalı mövzusu ilə bağlı ölkədə ən güclü hüquq bilicisidir və eyni adlı mövzunun gerçək reallığını (faktlarla!) bizə inanmayanların, xaricdə erməni lobissinin əli altında alət olanların, Beynəlxalq Təşkilatlardakı bəzi buqələmunların, "üçdördstandartlılar”ın qarşısında tam təfsilatı və detalları ilə sübut edəcək əsl peşəkardır. Erməni cinayətkarların ifşa olunacağı yeni "Nürnberq” tribunalı istəyiriksə, belə mütəxəssislər öndə getməlidir və...gedəcək də! 

***

Xocalı ilə bağlı illər öncəki polemikalarda bəzi Beynəlxalq Təşkilatlar və erməni təəssübkeşləri bizim köhnə redaksiyadakı cinayət məcəlləmizə irad tuturdular ki, geri qüvvəsi yoxdu. 2001-də həmin problem həllini tapdı. Susdular. Daha sonra başladılar, soyqırım faktını "kütləvi qırğın” kimi tövsif etmə çabasına. (cinayət qanunvericiliyində bu ifadələrin mahiyyət və məsuliyyət fərqi böyükdür) Yenə alınmadı. Ardınca söylədilər ki, Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən "Roma Statutu” 1 iyul 2002-ci ildə qüvvəyə minib və həmin tarixdən əvvəl törədilmiş cinayətlərə baxmamaq haqda siyasi-hüquqi qərar var. Tərəfimizdən bunun da arqumenti gəldi: "Atəşkəs dövründə olsaq da, silahlı münaqişə hələ bitməyib və paralel olaraq cinayətlərin törədilmə mərhələsi də hüquqi cəhətdən tam sona çatmayıb”. Ən sonda isə bilirsinizmi nə dedilər? – "Od üstünə nöyüt tökməyin. Vəziyyəti kritikləşdirməyin”

Bu artıq diplomat və hüquqşünas deyil, çayxana və alaçıq söhbəti idi...

Ona görə Azərbaycan - bu qədər səylərinə rəğmən öz halal haqqına qovuşa bilmir, ona görə BMT-nin 4 qətnaməsi havada uçuşur, ona görə Beynəlxalq Hüququn ana prinsiplərini müəyyən edən 1975-ci il tarixli Helsinki Yekun Aktının müddəalarını uzun müddətdir reallıqda gördüm deyən yoxdur, ona görə Kayzer Kembutun: "Beynəlxalq hüquq böyük dövlətlərin dəlib keçdiyi, kiçik dövlətlərin isə ilişib qaldığı hörümçək torudur” – fikri aktuallığını itirmir, ona görə bir şəhərin, bir rayonun video və foto dəlillərlə təsbit olunmuş soyqırım faktı ortalıqda var ikən və bir sıra beynəlxalq qurumlar, dövlətlər bunu görməzdən keçərkən Kərimlinin holland dostları saxta erməni soyqırımını tanımaq üçün özündə cəsarət tapa bilir və hələ bu azmış kimi öz ağlında, təfəkküründə olanlar tərəfindən də dəstəklənir....

Dünyanın ədaləti budursa, olmaz olsun o ədalət! 

*** 

Və nəhayət...

Bütün ölkənin Xocalı soyqırımından danışdığı, şəhidləri andığı, onların xatirəsini yad etdiyi ərəfədə sosial şəbəkələr məşhur (həm də rəzil!) bir video-lenti tirajlamağa davam edir. "Şeytan TV”-nin sevimlisi və bir insan öz övladını nə qədər müdafiə edə bilərsə Əli Kərimlinin də bax o qədər müdafiə etdiyi - Orduxan adında şəxs həmin videoda deyir ki: "Ermənilər bizim qəbirləri dağıtmayıb. Onların günahı yoxdur”

Demə o qəbirlər öz-özünə, təbii fəlakət nəticəsində ya da nə bilim, monqollar, qırğızlar, tatarlar tərəfindən dağıdılıbmiş – bu riyakarin qənaətincə.

Maraqlandım. Leyla Yunusun "sağ əli” və Əli Kərimliyə Gürcüstan üzərindən pul ötürmə missiyasının vasitəçiliyini ayarlayan biriymiş, adam. Təbii, yalnız yazılışda - adam. İfadə forması olaraq.

Hansısa ölkədən sığınacaq almaq üçün ən axırıncı yola əl atıblar. Yaramazlar! Onlarin müdafiəsinə qalxanlar isə xalqı martın əvvəlində kütləvi mitinqə səsləyir. Nə deyim, bilmirəm. Əsl söyüşlük məqamdır, amma statusuma uyğun deyil. Tutub qulağını burasan, qulaq erməninin əlində.

Tüpürəsən üzünə, tüpürcəyə heyf. Maraqlanırsan, böyüyü kimdir, ortalığa ya "Milli Şura”nın baş prodüserinin adı çıxır ya erməni Leyla Yunusun ya dadaşınmaz əmlak kralı Gülçatayın. 

Bu məmləkətin suyu və çörəyi burnunuzdan gəlsin.

Başqa deyəcəyim yoxdur.

Elşən Musayev, 
Milli Məclisin deputatı

RƏYLƏR