Bu məşhurlar sperma bankından istifadə edərək ana olublar

OXUNUB: 962 MARAQLI DÜNYA

Dünyada bir çox qadın sperma banklarının köməkliyi ilə ana olur. Ancaq məşhurların bu üsuldan istifadə etməsi həmişə daha böyük rezonans doğurur.

Bu səfə sperma bankı vasitəsiylə ana olan məşhurlardan bəhs edəcəyik.

Türkiyəli məşhur aktrisa Leyla Kömürcü uşağının atası olmağa layiq kişi tapa bilmədiyindən, sperma bankının köməkliyi ilə ana olub. Onun Kayra adında 5 yaşlı bir oğlu var.

Müğənni Sevda Demirel isə uşağı üzərində özündən başqa heç kəsin haqq sahibi olmasını istəmədiyini bildirərək, sperma bankına müraciət edib. Onun qızı dünyaya gəlib.

Siyahıda türkiyəli məşhur aktyor Münir Özkulun qızı Güner Özkulun da adı var. Evlilik üçün gecikdiyini deyən 45 yaşlı Güner bu üsulla Süreyya adlı bir qız dünyaya gətirib.

Qeyd edək ki, ölkəmizdə məşhurların sperma bankından istifadə edərək ana olması hallarına rast gəlinməyib./metbuat

 

İCMAL.AZ

RƏYLƏR