Bu oğurluq hadisəsi sizi də təəccübləndirəcək - VİDEO

OXUNUB: 466 SOSİAL
Abşeron rayonu, Məhəmmədi kəndində baş verən oğurluq hadisəsi sizi də təəccübləndirəcək. Belə ki, bibisigilə qonaq gələn şəxs evdən oğurluq edib.

İcmal.Az xezerxeber.az-a istinadən bildirir ki, bibisigilə qonaq gələn şəxs evdən 1300 manat pul oğurlayıb. Hadisə Abşeron rayonu Məhəmmədi kəndində baş verib. Ev sahibinin sözlərinə görə, atası ilə dalaşdığını bəhanə edən doğma bibisi oğlu onlarda 4 gün qonaq qalıb.

Otağa daxil olan şəxs qəpik-qəpik yığılan pulu oğurlayaraq qaçıb.

Məsələni aydınlaşdırmaq üçün Cabir Qeybalıyevlə əlaqə saxlamağa çalışdıq. Ona zəng çatsa da,cavab vermədi.

Ev sahibi Rüstəm Salmanov isə artıq hadisə ilə bağlı Sabunçu rayon 15-ci polis bölməsinə məlumat verilib.Faktla bağlı polis bölməsi axtarış tədbirlərini davam etdirilir.

 

İcmal.Az

RƏYLƏR