Bu qadını görənlər polisə müraciət etsinlər - FOTO

OXUNUB: 965 SOSİAL

Qusar sakini bir neçə ay əvvəl itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, Qusar rayonunun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

R.Mehdiyevanın əlamətləri belədir: Boyu 165 sm., arıq bədən quruluşlu, yumru sifətli, şabalıdı uzun saçlı, gözlərinin rəngi qəhvəyi, sol yanağında xal vardır. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli don və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070) 211-19-78 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bu qadını görənlər polisə müraciət etsinlər - FOTO

Bu qadını görənlər polisə müraciət etsinlər - FOTO

İcmal.Az

RƏYLƏR