Bu qurumlar ehtiyacı olan qızlara dərman qarşılığında cinsi əlaqə təklif edir - ŞOK

OXUNUB: 1590 DÜNYA

Afrikada baş verən qorxunc bir hadisə dünya mediasını şoka salıb.

 "Sərhəd tanımayan həkimlər” adlı yardım qurumunun üzvlərinin Afrikada köməyə möhtac olan gənc qızlarla dərman qarşılığında cinsi əlaqəyə girdiyi iddia edilib.

İngiltərənin BBC kanalının xəbərinə görə, yardım qurumunun üzvləri bu məqsədlərini əsasən, Keniya, Liviya və Mərkəzi Afrikada həyata keçirir.

Bu barədə ilk dəfə "Sərhəd tanımayan həkimlər"in London bürosunda işləyən, adının gizli qalmasını istəyən ali səviyyəli bir işçi xəbər verib. O, qurumun binasına gənc qızların fahişəlik etmək üçün gəlib-getdiyini deyib. Həmçinin, gətirilən qızların çox gənc olduğunu vurğulayıb.

Digər bir işçi isə Liviyada "Ebola” virusunun yayıldığı dövrlərdə yardım qurumunun işçilərinin dərman qarşılığında cinsi əlaqə təklif etdiklərini etiraf edib. O bildirib ki, işçilər bu hərəkətləri ilə lovğalanır və afrikalı qızlarla cinsi əlaqəyə girməyin çox asan başa gəldiyini deyir.

Qeyd edək ki, bu, ilk belə hadisə deyil. İngiltərənin "Tayms” qəzetinin fevral ayında yayımladığı xəbərə görə, 2010-cu ildə Haitidə baş verən dəhşətli zələzələdən sonra yardım qurumlarının yerli əhalini cinsi istismar etdiyi ortaya çıxıb. Bundan sonra "Oksfam” qurumunun 3 işçisi istefa verib, 4-ü isə işdən qovulub. İddialara görə, cinsi əlaqə təklif edilən qadınların əksəriyyətinin yaşı 18-dən az olub./publika

İcmal.Az

RƏYLƏR