"Bu Şəhərdə"nin Coşqunu ölüb, yoxsa sağdır?- SON MƏLUMAT

OXUNUB: 2533 GÜNDƏM HADİSƏ

"Bu Şəhərdə" komandasının üzvü Coşqun Rəhimovun ölüm xəbəri sosial şəbəkələrdə yayılıb.



Aktyorun vəziyyətinin qəflətən pisləşdiyi və rəhmətə getdiyi yazılıb. Məlumat qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. Məsələ ilə bağlı "Bu Şəhərdə" layihəsinin prodüseri və ssenari müəllifi Müşfiq Abbasov açıqlama verib. O, bu məlumatı yalan olduğunu və bilərəkdən kimlərinsə konsert ərəfəsində bu cür məlumatlarla işlərinə kölgə salmaq istədiklərini bildirib:

"Kimlərsə və "nələrsə", bizim Coşqunun adından, şöhrətindən, statusundan istifadə edərək, onun haqqında ağzına və başqa orqanlarına gələni yazaraq, əfsuslar olsun ki, özlərinə reytinq və çörək qazanmaq istəyirlər... Və qazanırlar. Biləsiniz - sizin "xəbər"iniz özünüz kimi "odnorazovıy"dır. Dostlar, Allaha şükür! Coşqun sağ-salamatdır, keyfi yaxşıdır, əhvalı gözəldir, özü də hazırda bizim Londonda keçiriləcək konsertimizə hazırlaşır".

Xatırladaq ki, Coşqun Rəhimov bundan öncə də boğazından əməliyyat olunmuşdu. O, bədxassəli şiş xəstəliyindən əziyyət çəkir.

RƏYLƏR