Bu sürücü avtomobilinə polis siqnalı quraşdırıb- 90 TF 568 - VİDEO

OXUNUB: 1912 MARAQLI GÜNDƏM HADİSƏ

Yol hərəkəti qaydasını pozan sürücünün görüntüsü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, martın 17-i Bakı-Sumqayıt yolunda hərəkət edən 90-TF-568 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində yerləşmə qaydasını pozaraq iki zolağın arası ilə hərəkət edib. O, daha sonra qarşısındakı avtomobili sol tərəfdən sıxışdıraraq təhlükəli vaziyyət yaradıb. Sürücü məqsədinə çata bilmədiyini görərək avtomobilinə qanunsuz quraşdırılmış çoxavazlı səs siqnalından istifadə edib.
Qayda pozmağı azmış kimi, qarşısındakı abtomobilin sürücüsünə "gah oradan gedirsən, gah buradan" deyərək özünü haqlı saymağa başlayıb. Mübahisə etdikdən sonra isə iki zolağın arası ilə hərəkət edərək qaydaları yenə də pozub.

 


 

RƏYLƏR