Bu sürücünün məqsədi kimisə öldürməkdir? - 90-LG-693 - VİDEO

OXUNUB: 49 HADİSƏ
Əks istiqamətə çıxaraq avtoxuliqanlıq hərəkətləri edir
Bakıda müxtəlif vaxtlarda qayda pozaraq hərəkət iştirakçılarına təhlükə yaradan, əks istiqamətə çıxaraq qarşıdan gələn avtomobillə toqquşub hadisə yerindən yayınan sürücü barədə Avtosfer.az saytına şikayət daxil olub.
İyunun 14-də paytaxtın 20 yanvar küçəsində əks istiqamətə çıxaraq axına qarşı hərəkət edən 90-LG-693 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü qarşıdan gələn avtomobillə toquşaraq hadisə yerindən yayınıb.
İyulun 6-da isə paytaxtın Hüseyn Seyidzadə küçəsində həmin avtomobilin sürücüsü yenə də əks istiqamətə çıxaraq avtoxuliqanlıq hərəkətləri, yəni qarşıdan gələn avtomobillərə və yolu keçmək istəyən piyadanın həyatına konkret olaraq təhlükə yaradıb və yüksək sürətlə hərkətinə davam edib. 
Ümid edirik ki, Baş Dövlət Yol Polisi idarəsinin rəhbərliyi həmin sürücünün məsuliyyətə cəlb olunması ilə bağlı operativ tədbir görəcək.
 
 

RƏYLƏR