Bu tarixdə Gənclər təşkilatlarının V sərgisi keçiriləcək - SON MÜRACİƏT TARİXİ 10 OKTYABR

OXUNUB: 2265 GÜNDƏM QHT

"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.4-cü yarımbəndinin (Gənclər təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə sərgilərin təşkil edilməsi) icrasının təmin edilməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin tərəfindən  5-8 noyabr 2018-ci tarixdə Bak; Cristal Hollda "Gənclər təşkilatlarının V Respublika Sərgisi” keçiriləcəkdir. 

Məqsəd: 

Gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər barədə cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır.

Sərginin formatı və təşkilatların iştirakına dəstək: 

Sərgidə hər bir təşkilat ücün 8 kv.m sahə ayrılcaq və ayrılmış sahədə stendlər quraşdırılacaqdır.  Sərgidə iştirak edəcək gənclər təşkilatları onlar ücün ayrılmış sahədə fəaliyyətləri ilə bağlı filimlər, bukletlər, nəşr etdirdikləri kitablar, çap məhsulları, uğurlu layihələrin təqdimatlarını edə biləcək və sərginin ziyarətçiləri ilə birbaşa ünsiyyətdə olacaqlar. 
Stendlərin icarəsi və quraşdırılması Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. Sərgi 4 zonaya bölünəcəkdir: Sərgi zonası, Təlim zonası, Əyləncə zonası, Media zonası. 

Sərgidə iştirak etmək ücün müraciət qaydası: 

Sərgidə iştirak etmək istəyən gənclər təşkilatları qeydiyyat formasını doldurub 10 oktyabr 2018-ci il  tarixədək aşağıdakı ünvana təqdim etməlidirlər. Qeydiyyat formasını Gənclər və İdman Nazirliyinin rəsmi internet səhəfəsindən və ya aşağıdakı ünvana müraciət etməklə əldə etmək olar.


QEYD: Nizamnamə məqsədləri gəncləri əhatə etməyən və dovlət qeydiyyatı olmayan təşkilatlar sərgidə iştirak edə bilməyəcəklər.

 

Gənclər və İdman Nazirliyinin 
Gənclər təşkilatları ilə iş sektoru

Bakı şəhəri, Olimpiya küçəsi, 4, AZ-1072
("Gənclik” metrosunun yanı) 

Tel.: (012) 465 – 84 – 19

Əlaqələndirici şəxslər:
Fuad Babayev – [email protected]
Günel Dadaşova - [email protected]


Sərginin e-maili: [email protected]

 

ANKET FORMASİ

RƏYLƏR