"Bu türkləri iranlılaşdırmaq siyasətinin bir parçasıdır" - CAHİD İSMAYILOĞLU

OXUNUB: 561 SİYASƏT
"İranda yaşayan Azərbaycan türkləri farsdırsa bəs İran hökuməti bu millətin məktəblərdə türkcə öyrənmələrinə, "Türk" və "Türkcə" adlarının istifadə edilməsinə niyə qadağa qoyur? Niyə bunun üçün dəridən-qabıqdan çıxırlar?”.
 
İcmal.Az xəbər verir ki, bunu tanınmış gənc alim, IKT üzrə mütəxəssis Cahid İsmayıloğlu İran prezidenti Həsən Ruhaninin köməkçisi Əli Yunisinin "Azərilər türkcə danışan farsdır” sözlərinə münasibət bildirərkən deyib.
 
C. İsmayıloğlu bildirib ki, İran hökuməti hər zaman orada yaşayan türklərin türk olmadıqları və "İraniyan" soyundan gələn bir xalq olduqlarını irəli sürüb, bu da türkləri iranlılaşdırmaq siyasətinin bir parçasıdır: "Süni "iranlı” xalqı adı ilə pərdələnən fars şovinizmi heç vaxt 40 milyon türkün yaşadığı İranda türkün varlığını inkar edə bilməz. Bu həm də Azərbaycan türklərinə qarşı diskriminasiya siyasətinin aparıldığının sübutudur”.
 
İcmal.Az

RƏYLƏR