Bu vətənin şanlı tarixi keçmişi, indisi və işıqlı gələcəyi mənə əzizdir

OXUNUB: 349 Özəl SOSİAL
Doğma vətənimə sevgim hər şeyə - havasından, suyundan, təbiətindən, torpağından, daşından tutmuş insanlarına olan dərin və tükənməz sevgimdir.
Azərbaycan ərazisində ilk yaşayış məntəqələrinin tarixi qədim köklərə malikdir və minilliklərə qədər uzanan tarixi var. Azərbaycan arxeoloqları çoxsaylı yaşayış məntəqələri tərəfindən aşkar edilmişdir. Bu araşdırmalar bu qəsəbələrin yerli əhalisinin məskən saldığını və bizim eradan əvvəl 6-5 minillikdə kənd təsərrüfatı ilə məşğul olduğunu göstərir. Bütün bu yaşayış məntəqələri, eləcə də orta əsrlər şəhərlərinin əksəriyyəti arxeoloji abidə kimi zəmanəmizə gəlib çatmışdır.Tarixi şəhərlərlə yanaşı Azərbaycanda bir neçə tarixi kənd və qəsəbələr də var. Tarixi kəndlərin çoxu dağlıq ərazilərdə yerləşir.
Onlardan  İsmayıllı rayonunun Lahıc və Basqal, Qax rayonunun İlisu, Sarıbaş, Quba rayonunun Xınalıq və Qala kəndlərini vurğulamaq istərdik. Adı gedən kəndlər öz orijinallığını və özünəməxsusluğunu qoruya bilmiş və zamanımıza çatdırmışdır. Bu kəndlər dövlətin mühafizəsinə götürülmüş və əraziləri qoruq elan elan edilmişdir.
"Basqal ölkəmizin qədim kəndlərindən biridir."
Basqal ölkənin mərkəzində və Bakıdan 150 km aralı, dəniz səviyyəsindən 1,081 metr yüksəklikdə yerləşir.Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. "Basqal” toponimi təmiz türk sözüdür və "qala başı”, "qala qur”, "qala yarat”, "qala ucalt”, "baş qala” mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVII əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.2018-ci ilin 3 oktyabr tarixində "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərəncam imzalamışdır.
Prezident İlham Əliyev cari ilin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal kəndinə səfər etmişdir.O, müsahibəsində belə bildirib:
"Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl mənim tərəfimdən xüsusi Sərəncam verilmişdir. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təqribən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər. Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Əlbəttə, mən çox istəyirdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın, - bunu da biz təmin etdik, - iş yerlərinin yaradılması üçün yeni imkanlar açılsın. Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq."

Azərbaycan Dövlət Pedaqoji Universiteti
İskəndərli  Zəhra

RƏYLƏR