Büdcə zərfi parlamentin plenar iclasına tövsiyə olunub

OXUNUB: 662 İQTİSADİYYAT

Azərbaycan Milli Məclisinin komitələrində 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi başa çatıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, bu gün büdcə zərfinə daxil olan qanun layihələri 5 komitə - Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunub və plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, bundan əvvəl parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, İctimai birliklər və dini qurumlar, Aqrar siyasət, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Təbii ehtiyatlar, energetika və ekologiya, Elm və təhsil, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin iki günlük birgə müzakirələrində sənəd yekdilliklə plenar iclasa tövsiyə olunmuşdu.

İcmal.Az

RƏYLƏR