Bugünkü valyuta hərracının nəticəsi: Dollar ucuzlaşdı

OXUNUB: 299 İQTİSADİYYAT

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun (SOFAZ) da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankdan İcmal.Az-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7022 səviyyəsində formalaşıb.

Xatırladaq ki, bundan öncəki hərracda bu məzənnə 1,7025 olub. 

Qeyd edək ki, Mərkəzi Bank USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7025 səviyyəsində müəyyən edib.

İcmal.Az

RƏYLƏR