Bülənt Ərsoyu kobranın sancdığı görüntülər ortaya çıxdı - VİDEO

OXUNUB: 996 ŞOU-BİZNES

Banu Alkan, Safiye Solman və Burcu Esmersoyla birlikdə proqram çəklişi üçünHindistana gedəb Bülənt Ərsoyu ilan sancıb.

"Diva" Banu Alkanın xəstə olduğuna inanmayıb bir ağacın altında tək başına oturmaq istədikdə, onu kobra vurub. Həmin anların görüntüləri ortaya çıxıb.

Hadisə baş vermədən öncə Banu Alkan xəstə olduğu üçün proqrama qatıla bilməyib. "Diva" buna çox əsəbləşərək "Sənin haran xəstədi? Hamını buna inandıra bilərsən, məni yox" deyib. Elə bu zaman ilan onu sancıb.

Ersoyun qışqırıqlarını eşidən işçilər kobranı öldürüb. Sol ayağında şişlik və qızartı yaranan sənətçi ilkin yardımdan sonra xəstəxanaya yerləşdirilib. Ərsoy xəstəxanada müşahidə altında saxlanılır./metbuat.az


İcmal.Az

RƏYLƏR