Bulvarda dənizə düşən şəxs xilas edildi

OXUNUB: 648 SOSİAL

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.

İcmal.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. 

Vətəndaş xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

İcmal.Az

RƏYLƏR