"Buna görə İradə Gülməmmədova üzr istəməlidir" - QHT sədrindən etiraz

OXUNUB: 544 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə QHT sədri Cəsarət Hüseynzadə məlumat verib: "Xanım İcra başçısı sərəncamında qeyd edir ki, İctimai Şura 10 nəfərdən təşkil olsun, amma hazırda görürük ki, İctimai şuranın üzvlərinin sayı 15 nəfərdir. Görəsən İcra hakimiyyəti Başçıları öz yazdıqlarına özləri riayyət edirmi? Axı İcra başçıları Prezidentin rayonlarda olan nümayəndələridir. 
=================
Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova 16 avqust 2019-cu ildə 174 saylı sərəncam imzalayıb. Sərəncam Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçkilərin keçirilməsinin təşkili üçün Komissiyanın yaradılması haqqındadır. Sərəncamın 3-cü bəndində  qeyd olunur ki, "Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 10 (on) nəfər müəyyən edilsin.”
Hazırda rayon icra hakimiyyətinin saytında İctimai Şuranın 15 nəfərdən ibarət olduğu qeyd olunur.  Mən İŞ-ya üzv olan hər bir VC nümayəndəsinə dərin sayğımı bildirirəm və onlaırn fəaliyyətin də qiymətləndirirəm.  Kimsə də başçının yaxşı işlərindən yazmasın, zatən onun pis və yaxşı işləməsinin bu məsələyə heç adiyyatı yoxdur. Bu fakt təsdiqini taparsa ( Halbuki rəsmi məlumatlar bunu təsdiq edir)   başçının üzr istəməsi və cavabdehləri cəzalandırılması vacibdir."
7NEWS.az
 

RƏYLƏR