"Bunun ilkin məqsədi informasiya səviyyəsinin artırılmasıdır" - Əhməd İsmayılov

OXUNUB: 525 SOSİAL
Azərbaycan Media haqqında qanunun qəbul edilməsinin ilkin məqsədi informasiya səviyyəsinin arıtırlması, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır.

Bunu jurnalistlərə açıqlamasında Medianin İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, təkcə qanunlar deyil həm də media qurumları əlverişli media mühitinin təminatçılarıdır.

"İfadə azadlığının həyat keçirilməsində medianın, kütləvi informasiya vasitələrinin istər ümumən medianın, istərsə də kiçik kütləvi informasiya vasitələrinin media qanun və qaydalarının əsasında keçirilir", - deyə o əlavə edib.
Dünyada informasiya və media azadlığını, müəlliflik hüquqlarını, ictimai maraqları qorumaq üçün qurumlar mövcuddur. Azərbaycanda Media haqqında qanunun qəbul edilməsinin əsas məqsədləri informasiya səviyyəsinin arıtırlması, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır", - deyə Ə.İsmayılov qeyd edib.
 
İcmal.Az

RƏYLƏR