Burak Özçivit də “Tükənmişlik sindromu”na yaxalandı - FOTO

OXUNUB: 1066 ŞOU-BİZNES

İllər öncə türkiyəli aktrisa Meryem Uzerlinin yaxalandığı "Tükənmişlik sindromu” xəstəliyinə Burak Özçivitin də düçar olduğu iddia edilir.

İcmal.Az NTV-yə istinadən xəbər verir ki, illərdir dayanmadan çalışan Özçvitin buna görə psixoloq yanına getdiyi ortaya çıxıb.

33 yaşlı aktyorun "Mən bu həyatda hər şeyi əldə etdm. Qəhvə içmək üçün Parisə getdim, gəzmək istədim, bir çox ölkələri gəzdim, amma artıq heç nədən zövq almıram” dediyi iddia olunur.

Müalicəyə başlayan Buraka həyat yoldaşı Fahriye Evcen dəstək olur.

"Sevdiyim qadınla evləndim. Hər zaman mənə dəstək olur”, - deyə Burak psixoloquna bildirib.

Narahatlığına görə yeni mövsümdə təklif olunan bütün işləri rədd etdiyi deyilən Burak bir müddət ekranlardan kənar qalacaq.

Bəs "Tükənmişlik sindromu” nədir?

Hazırrda cəmiyyət arasında artan "Tükənmişlik sindromu” son illərdə məşhurların da bu xəstəliyə tutulması ilə daha çox gündəmə gəlir.

"Tükənmişlik sindromu” – həyatın tükənməyən tələblərinə görə, ruhi və fiziki baxımdan enerjinin tükənməsidir. Bu xəstəliyə yaxalananlar fiziki və ruhi çöküntü yaşayır, işə və özünə qarşı mənfi və şübhəli yanaşır, heç nədən zövq almır.

İcmal.Az

RƏYLƏR