Bütün sahibkarlara açıq Dünya Sahibkarlıq Kuboku yenidən Azərbaycanda!

OXUNUB: 581 Özəl QHT SOSİAL
"Dünya Sahibkarlıq Kuboku 2023” (EWC – Entrepreneurship World Cup) üçün müraciətlərin qəbulu davam edir. Proqram sahibkarlara beynəlxalq səviyyəsində startaplarını təqdim edərək 1 milyon ABŞ dolları məbləğində pul mükafatı fondu və əlavə investisiya imkanları qazanmaq, 100 qlobal finalçı üçün isə 100 milyon ABŞ dolları həcmində qeyri-maddi dəstək əldə etmək şansı təqdim edir. 
Azərbaycandan Müsabiqədə iştirak etmək və ətraflı məlumat əldə etmək üçün 5 sentyabr tarixinədək müsabiqənin rəsmi veb-saytına daxil olaraq müraciət edin: https://www.genglobal.org/ewc.
Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçən və ərizə formasını tam və dolğun dolduran hər bir sahibkar dərhal Google Cloud, Hubspot, Stripe və digər bu kimi qlobal tərəfdaşlardan ümumi dəyəri 25.000 ABŞ dolları olan qeyri-maddi dəstək paketi əldə edəcək. Hər bir müraciətçinin ərizəsi jüri tərəfindən qiymətləndiriləcək və ən yaxşı 12 biznes layihə Milli Finala vəsiqə qazanacaq. 
Azərbaycan Milli Finalının 2023-ci ilin sentyabr ayında təşkil olunması nəzərdə tutulur. Daha sonra Milli Finalın qalibləri "EWC Accelerates” proqramı çərçivəsində 6 həftəlik intensiv onlayn butkampda iştirak edəcək və beynəlxalq jüri tərəfindən seçilmiş 100 biznes layihəsi növbəti il Avstraliyanın Melburn şəhərində keçiriləcək EWC Qlobal Finalında iştirak edəcək. 
"Dünya Sahibkarlıq Kuboku”u həyatı dəyişdirən mükafatların təqdim olunduğu bir qlobal yarışmadan daha artığıdır. Bu proqram sahibkarları öz təşəbbüslərini reallaşdırmaq üçün resurs və mənbələrlə təmin etməklə biznesin bütün mərhələlərdə yüksəlməsini təmin edir.
GEN Azerbaijan "Dünya Sahibkarlıq Kuboku”nun Azərbaycanda rəsmi təşkilatçısı olaraq ölkə miqyasında sahibkarların yeni biznesə başlanmasına və mövcud biznesini genişlənməyə köməklik etməyi hədəfləyir. GEN Azerbaijan missiyası ölkəmizdə sahibkarlığın və sahibkarlıq ekosisteminin inkişafına dəstək göstərməklə fərdlər və icmalar üçün iqtisadi imkanları genişləndirməkdir. GEN Azerbaijan GEN Global ailəsinin parçasıdır.

RƏYLƏR