Buxarestdə nümayişlər zamanı 440 nəfər xəsarət aldı

OXUNUB: 1231 DÜNYA

Buxarestdə hökumətə qarşı nümayişlər zamanı 440 nəfər xəsarət alıb.

İcmal.Az xəbər verir ki, bu haqda "Agerpres” agentliyi bildirib.

"İlkin məlumatlara görə, mitinq nəticəsində 440 nəfər, həmçinin 24 jandarmaya tibbi yardımın göstərilməsi lazım olub. Onlardan 65-i xəstəxanaya çatdırılıb”, - agentlik xəbər verib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Nümayişlər hökumətin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi, məhkəmənin müstəqilliyinin təmin edilməsi, həmçinin birpalatalı parlamentin yaradılması tələbi ilə keçirilib.

 

İcmal.Az

RƏYLƏR