Böyük Britaniya baş nazirinin ticarət elçisinin Azərbaycana səfərinin proqramı açıqlanıb

OXUNUB: 618 SİYASƏT

Böyük Britaniya baş nazirinin ticarət elçisi baronessa Emma Nikolsonun Azərbaycana səfərinin proqramı açıqlanıb.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər zamanı baronessa E.Nikolson fevralın 15-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məsləhət Şurasının dördüncü iclasına qatılacaq.

Emma Nikolsonun həmçinin Azərbaycanın Prezidenti İlham Əliyev, birinci vitse-prezidenti Mehriban Əliyeva, vergilər naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla görüşlər keçirəcəyi planlaşdırılır.

Qeyd edək ki, Böyük Britaniya Azərbaycandakı 500-dən çox şirkətinin iştirakı ilə ölkənin ən böyük xarici investordur.

 

İcmal.Az

RƏYLƏR