Böyük Britaniya Parlamentinin üzvləri Zəhra və nənəsinin ölümünə münasibət bildiriblər

OXUNUB: 856 SİYASƏT
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna Böyük Britaniya Parlamentinin üzvləri Lord Kilkluney, Baronessa Zahidə Mənsur, Mark Menzies münasibət bildiriblər. 

Lord Kilkluney:
"Mən regionda dəfələrlə səfərdə olmuşam və münaqişənin həll yolunun diplomatik ola biləcəyindən əminəm. "Təmas xətti”ndə baş verən istənilən insan tələfatı təəssüf hissi doğurur. Lakin iki insanın ölümü ilə nəticələnən dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir".

Baronessa Zahidə Mənsur:
"İstənilən insan tələfatı faciədir. Azyaşlı uşağın qətlə yetirilməsi isə xüsusilə ağırdır. Lakin erməni silahlı qüvvələri bu ərazilərdən çıxarılmasa və sülh danışıqları sürətlənməsə, belə hallar tez-tez baş verə bilər”.

Mark Menzies:
"Regionda yaşayan insanların böyük əksəriyyəti münaqişənin sülh yolu ilə həllini istəyir. İkiyaşlı uşağın və onun nənəsinin qətlə yetirilməsi sülh danışıqların pozulmasına yönəlmiş bir addımdır".

 İcmal.Az


RƏYLƏR