Böyük Britaniya Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımağa hazırlaşır — "Daily Express"

OXUNUB: 1480 DÜNYA
Böyük Britaniya hökuməti Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımağa hazırlaşır. 

Bu barədə Böyük Britaniyanın "Daily Express" qəzeti məqalə ilə çıxış edib. 

Nüfuzlu ingilis KİV-i olan "Daily Express" qəzeti Böyük Britaniya hökumətinin yaxın vaxtlarda Şimali Kipr Türk Respublikasının müstəqilliyini rəsmən tanıyacağını yazır.



Sözügedən məqalənin əsli ilə buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, Şimali Kipr beynəlxalq cəmiyyət tərəfindən rəsmən tanınmadığı üçün iqtisadiyyat, nəqliyyat və idman kimi bir çox aparıcı sahələrdə embarqolar tətbiq olunur.

Yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir.

RƏYLƏR