Böyük ilanın axtarışı dayandırıldı

OXUNUB: 679 DÜNYA
Polşalı xilasedicilər Varşava yaxınlığında böyük piton ilanın axtarışını dayandırıb.

İcmal.Az apa-ya istinadən bildirir ki, mühafizə Xidməti və "Animal Rescue Polska" heyvanların müdafiəsi təşkilatının birgə qurupu artıq bir həftədir ki, Polşa paytaxtı yaxınlığında Visla çayı sahillərində pitonu axtarır.

Çayın sahilində pələng pitonunun dəyişdiyi qabığı tapılıb. Məlum olub ki, nəhəng ilanın uzunluğu 5,3 metrdir. Mütəxəssislər yeni qabığını dəyişmiş ilanın xüsusən uşaqlar və ev heyvanları üçün təhlükəli olduğu barədə xəbərdarlıq ediblər.

Axtarışın müvəqqəti dayandırılmasına səbəb isə nisbətən soyuq havanın ilan üçün əlverişsiz olması, belə havalarda ilanın hərəkət etməyərək gizlənməsidir. Hərəkət etməyən ilan isə iz buraxmadığı üçün onun aşkarlanması çətindir. Havanın temperaturu yüksələndən sonra axtarışlar davam etdiriləcək.

Qeyd edək ki, nəhəng pitonun Visla çayı sahillərində necə peyda olması hələ də məlum deyil. Polis hazırda qeydiyyatdan keçirilmiş bütün pitonların yerlərində olub-olmadığını yoxlayır. Eyni zamanda polis insanların həyatı və sağlamlığı üçün təhlükə yaratma maddəsi ilə cinayət işi başlayıb.
 

İcmal.Az

RƏYLƏR