Üç abituriyent 700 bal toplayıb

OXUNUB: 659 SOSİAL

Mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında üç nəfər maksimal toplayıb.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə əsasən, I qrupdan 27 min 478 nəfər imtahan verib və onlardan ikisi 700 bal toplayıb.

IV ixtisas qrup üzrə imtahan verən abituriyentlərdən biri 700 bal toplamağa müvəffəq olub.

M.Abbaszadə istədiyi nəticəni göstərə bilməyənlərə yay imtahanına hazırlaşmağı tövsiyə edib:

"Yaz imtahanının nəticəsini hər bir abituriyent özü təhlil etməlidir”.

İcmal.Az

RƏYLƏR