Üç badam bir qoz”un aktrisası dünyasını dəyişdi

OXUNUB: 1050 ŞOU-BİZNES

Azərbaycanlı gənc aktrisa Mila Əminə vəfat edib.

Qohumlarının Axşam.az-a verdiyi məlumata görə, 29 yaşlı aktrisa meningit xəstəliyindən dünyasını dəyişib.

Beyninə çirk yığılan aktrisa bir müddət 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunub. Lakin yaxınlarının verdiyi məlumata əsasən, həkimlərin səhlənkarlığı ucbatından Milanın xəstəliyi daha da dərinləşib.

Sonradan müalicə üçün Türkiyəyə aparılan Əminə orada Medikal Park xəstəxanasına yerləşdirilib. Bu gün aktrisa beyin ölümü keçirib. Hazırda aparata qoşulu olan Milanı sabah aparatdan ayıracaqlar. 

Qeyd edək ki, M.Əminə son olaraq "Üç badam bir qoz” filmi ilə gündəmə gəlmişdi.





 

İcmal.Az

RƏYLƏR