Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı – YENİLƏNİB

OXUNUB: 1133 İDMAN

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün tatamiyə çıxan Azərbaycanın hər üç cüdoçusu mübarizəni dayandırıb. 

İcmal.Az xəbər verir ki, "Report"un məlumatına görə, qadınların yarışında Nəzakət Əzizova (52 kq) 1/16 finalda kosovalı Distria Krasniqiyə 1 dəqiqə 16 saniyəyə boğucu fəndlə uduzub. Bu, Əzizovanın ikinci görüşünə təsadüf edib. 

Eyni çəkidəki digər qadın cüdoçu Buyanxişiq Purevsuren və kişilərin yarışında isə 66 kq çəkidə çıxış edən Nicat Şıxəlizadə isə 1/32 finala təsadüf edən ilk görüşdəcə yeniliblər. 
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yalnız finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takatoya məğlub olaraq gümüş medal qazanıb. 48 kq çəki dərəcəsindəki Azərbaycanın qadın cüdoçuları Leyla  Əliyeva və Bazarraqça Erdenebat isə ilk görüşdə uduzaraq mübarizəni dayandırıblar.

11:24

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha üç üzvü mübarizəyə qoşulacaq.

Kişilər

66 kq

Yığmamızın üzvü Nicat Şıxəlizadə mundiala 1/32 finaldan başlayacaq. Komandamızın bu çəkidəki lideri ilk cəhdində qazaxıstanlı Eldos Jumaxanovla (Qazaxıstan) üz-üzə gələcək.  

Qadınlar

52 kq

Bu çəki dərəcəsində yığmamız iki idmançı ilə təmsil olunur. Mundiala 1/32 finaldan başlayacaq Buyanxişiq Purevsuren ilk görüşündə Natalya Kuzyutina (Rusiya) ilə güləşəcək.

Purevsuren kimi, Nəzakət Əzizovanın da Budapeştdə debütü 1/32 finala təsadüf edəcək. Həmyerlimiz İkram Sukate (Mərakeş) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatının ilk gününü gümüş medalla başa vurub. Komandamızın heyətində Orxan Səfərov (60 kq) ikinci yeri tutub.


İcmal.Az

RƏYLƏR